XƏBƏR
14:05

  Milli Məclisin sədri MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının (PA) 50-ci yubiley sessiyasında iştirak edib.

Agyol.az xəbər verir ki, Məclis Aparatından verilən məlumata görə, tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzuladı. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirildi.

Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxıldı. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildirdilər.

Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.




  Yayım tarixi :22 Noyabr 2019   14:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .