XƏBƏR
12:38

  Əli Həsənov Geosiyasət-in PDF formatını təqdim etdi - FOTO

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Prezidentin köməkçisi Əli Həsənov müəllifi olduğu "Geosiyasət" adlı dərsliyin "PDF" formatını təqdim etdi.Agyol.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov şəxsi Facebook səhifəsində müəllifi olduğu "Geosiyasət" adlı dərsliyin "PDF" formatını təqdim edib.Professor Əli Həsənov qeyd edib:"Əziz oxucular!Müəllifi olduğum "Geosiyasət" adlı dərsliyin "PDF" formatını diqqətinizə təqdim edirəm.Kitabda orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilib."




  Yayım tarixi :22 Noyabr 2019   12:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .