XƏBƏR
12:29

  BMT: Qadınların bələdiyyələrdə kifayət qədər təmsil olunmaması problemlərin yaranmasına gətirib çıxara bilər

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Qadınların yerli idarəetmə orqanlarında kifayət qədər təmsil olunmaması bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər.

Agyol.az ın məlumatına görə, bunu “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müaviniÇaru Bist deyib.

Onun sözlərinə görə, qadınların yerli idarəetmə orqanlarında təmsil olunması vacibdir. Bu, Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olmasına yardım edər: "Qadınların yerli idarəetmə səviyyələrində, qərar qəbuletmədə iştirakı çox önəmlidir. Qadınlar idarəetmədə nə qədər çox təmsil olunarlarsa, onların problemləri, ehtiyacları bir o qədər yaxşı başa düşülər".

Ç.Bist əlavə edib ki, “Gender əsaslı Bələdiyyə Akademiyası"nın yaradılması bələdiyyələrdə daha çox qadının təmsil olunmasına, potensial qadın kadrların hazırlanmasına xidmət edir: "Dayanıqlı İnkişaf Məqsədlərindən biri qərar qəbuletmədə qadınlar üçün bərabər imkanların yaradılmasını nəzərdə tutur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə uzunmüddətli əməkdaşlığımız var".




  Yayım tarixi :22 Noyabr 2019   12:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .