XƏBƏR
17:47

  10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Agyol.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Forumda iştirak edəcəklər.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaq.

Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.




  Yayım tarixi :21 Noyabr 2019   17:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .