XƏBƏR
17:31

  Milli Məclis yeni ombudsman seçəcək - ÖZƏL

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Ombudsmanın seçilməsi məsələsinə baxacaq.

Agyol.az xəbər verir ki, bu barədə Komitənin üzvü Tahir Kərimli məlumat verib.

Deputat bildirib ki, üç xanımın namizədliyi irəli sürülüb. T.Kərimli bildirib ki, onlar Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin üzvləridir.

Həmin namizədlərdən biri Apellyasiya Məhkəmənin sədrinin müavini Kəmalə Abıyevadır.

Ombudsmanlığa digər namizəd isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil yeddi il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. 

Yalnız Ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir.

Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də Ombudsman vəzifəsində qalır.




  Yayım tarixi :21 Noyabr 2019   17:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .