XƏBƏR
16:56

  Elman Nəsirov: Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 27 il ötür

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
Bu illər ərzində YAP olduqca məsuliyyətli, möhtəşəm və şərəfli bir yol keçmişdir. YAP iştirak etdiyi bütün seçkilərdən qələbə ilə çıxmışdır. Bununla da bir qalibiyyət salnaməsi yaratmışdır. Sıralarında cəmiyyətimizin bütün təbəqələrinin təmsil olunduğu YAP ümumxalq partiyasına çevrilmişdir. Yaranarkən antimilli rejimə qarşı xalq ilə birlikdə müxalifətdə olan YAP Azərbaycanda hakimiyyətə gəlməyin sivil qaydasını müəyyən etdi və hakimiyyəti zəbt etmiş "AXC-Müsavat" cütlüyünə bir demokratiya dərsi keçdi.Ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır. İslahatlar kursu həyatımızın bütün sferalarını əhatə edir. Hər bir Azərbaycan ailəsi islahatların real nəticələrini öz güzəranı və rifahının yaxşılaşmasında hiss edir və cənab Prezidentə öz minnətdarlığını ifadə edir. Ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva cənab Prezidentin gücünə güc qatır. Onun ən yaxın həmməsləyi olaraq Azərbaycanın hərtərəfli inkişafına misilsiz xidmətlər göstərir. Elə bu səbəblərdən də ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu reallıq isə bütün müstəqillik dövrümüzün ən böyük neməti və sərvəti olan SABİTLİYİMİZİ şərtləndirir. Gəlin, bu sətvətimizi göz bəbəyi kimi qoruyağın! Gəlin, bu sabitliyin qarantı olan Xalq-hakimiyyət birliyinin, Xalq-Prezident vəhdətinin möhkəmləndirilməsinə hər birimiz konkret tohfə verəyin!Gəlin, hamimiz bir ağızdan ulu ondər Heydər Əliyevin yadigarı olan, fədakar fəaliyyəti ilə mohtəşəm uğurlarımızı təmin edən Yeni Azərbaycan Partiyasına 27 yaşın mübarək olsun deyəyin!




  Yayım tarixi :21 Noyabr 2019   16:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .