Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq
Agyol.az ın məlumatına görə, Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
  Yayım tarixi :21 Noyabr 2019   16:45
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=43332