XƏBƏR
14:17

  YAP-ın yaranmasının 27-ci ildönümü ilə tədbir keçirilib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə tədbir keçirilib.
Agyol.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP-ın İcra katibi - Sədr müavini Əli Əhmədov partiyanın yaranma tarixi haqqında danışıb.
Ə.Əhmədov bildirib ki, müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib:
“O zamanki səriştəsiz hakimiyyət Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. İnsanlar birmənalı anlayırdılar ki, Azərbaycanın düşdüyü bu vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Yeni Azərbaycan Patiyası Heydər Əliyevin hakimiyyətə gəlməsinin hüquqi bir forması idi. Əgər YAP yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqı fərqli bir taleyi yaşamaq məcburiyyətində qalardı. Heydər Əliyev Azərbaycanı bu bəlalardan, təlatümlərdən qurtardı. Qısa zaman ərzində ölkədə tüğyan edən xaosun qarşısı alındı, iqtisadi tənəzzülün qarşısı alındı, separatizimin qarşısı alındı və Azərbaycan bugünkü inkişafa gəlmək üçün əlverişli bir imkana malik oldu”.
Daha sonra YAP-ın yaranma tarixindən danışan YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.
Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.




  Yayım tarixi :21 Noyabr 2019   14:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .