XƏBƏR
12:43

  Azərbaycanda “Mi” tipli helikopterlərə texniki xidmət mərkəzinin yaradılması müzakirə edildi

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirib.
Agyol.az xəbər veri ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin rəsmi saytında məlumat verilib.
Görüşdə 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 25 faizdən çox artaraq, 2,2 milyard dollar təşkil etdiyi, bundan əlavə, Rusiyanın Azərbaycana məhsul ixracının 30 faizdən çox artaraq, 1.6 milyard dollara çatdığı deyilib.
Avtomobil və maşınqayırma sahəsinin Rusiya ilə Azərbaycan arasında sənaye sahəsində əməkdaşlığın vacib sahələrindən biri olması, xüsusilə, Gəncə Avtomobil Zavodu ilə birlikdə həyata keçirilən KAMAZ avtomobil yığma layihəsinin uğurlu inkişafı müzakirə olunub. 
Azərbaycan ərazisində “Mi” tipli helikopterlərə texniki xidmət üçün mərkəzinin yaradılmasının təyyarə istehsalı sahəsində əsas layihə hesab edildiyi vurğulanıb.
Eyni zamanda, tərəflər, gəmiqayırma, kənd təsərrüfatı texnikası və əczaçılıq sənayesi sahəsindəki əməkdaşlığı müzakirə ediblər.




  Yayım tarixi :21 Noyabr 2019   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .