XƏBƏR
21:36

  Prezident İlham Əliyev 4 sərəncam imzaladı

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Agyol.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edir:1. Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.***Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Bəxtiyar Əjdər oğluMustafayev Ağa Məmməd oğlu3-cü dərəcəli “Əmək” ordeni iləHəsənov Şakir Rəfi oğluHüseynli Tofiq Gülmalı oğluQuliyev Kazım Qafar oğluMahmudov Nərman Fərman oğluNəbiyev Mahayət Ənvər oğlu“Tərəqqi” medalı iləAbdurahmanov Qulu Aydın oğluAxundov Teymur Nüsrət oğluAllahverdiyeva Roza Cəmil qızıAlmuradov Yaşar Saleh oğluBabayeva Qəribə Yusif qızıBehbudbəyli Sevil Xanlar qızıBəhrami Rais Yusif oğluCəfərquliyev Rzaqulu Cəfərqulu oğluCəfərova Nazxanım Mərdan qızıDadaşev Nizami Məhərrəməli oğluƏliyev Namiq Həsən oğluƏsədov Sultan Misir oğluFərəcov Rövşən Möhlət oğluHacıyev İbrahim Musa oğluHəsənov Telman Məhəmmədəli oğluHüseynov Süleyman Məsi oğluXudiyev Veys Həmid oğluQafarov Arif Zəbi oğluQuliyev Hümbət Həsən oğluQuliyev Subxan Qafar oğluQuliyeva Cahan Şirxan qızıQuliyeva İlduzə Qəzənfər qızıMailova Bibixanım Eyvaz qızıMehdiyev Cəmil İsrafil oğluMəlikov Aydın Balakişi oğluMəmmədov Cavanşir Firudin oğluMəmmədov Əbilfət Bahadur oğluMisrixanov Misrixan İsmayıloviçMuradov Surdar Sultanəli oğluMuradova Gülnarə Xodkar qızıNiftiyeva Gülnarə Şirinəli qızıPirmətov Ruslan Yarmət oğluRüstəmov Atəş İsmayıl oğluRzayev Həsən Məhərrəm oğluSalmanov Nəriman Ağalı oğluSəfərli Mətləb Səfərağa oğluSəlimov Şirxan Dadaş oğluSəlimov Yalçın Üzeyir oğluSüleymanov Rövşən Dadaş oğluSüleymanov Süleyman Əzizağa oğluSüleymanov Yelmar Əjdər oğluŞükürova Səyyarə İkram qızıVəliyev Əjdər Ədil oğluVəliyev Məzahir Vəli oğluZeynalov Vaqif Ələsgər oğluZülfüqarova Dostuxanım Vahab qızı.***İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:Aslanov Fuad Alxan oğluƏliyev Şəfa Tiflis oğluMahmudov Əvəz Cəlal oğlu.***İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:“Əməkdar mədəniyyət işçisi”Həşimov Nadir Əbdül oğluMəmmədov Vasif Gülbala oğlu“Əməkdar müəllim”Abdullayeva Minəvvər Musa qızıEyvazov Elşad Əli oğlu“Əməkdar həkim”Ağayev Canibəy Əli oğluKalbalıyev Asif Əbil oğluRəcəbli Təranə Zakir qızı“Əməkdar jurnalist”Əliyev Əli Nəcəfxan oğlu“Əməkdar mühəndis”Cəfərov Eldar Xudum oğluMustafayev Ağasəf Abxan oğlu.




  Yayım tarixi :20 Noyabr 2019   21:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .