XƏBƏR
17:17

  Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Agyol.az xəbər verir ki, noyabrın 20-də Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib.Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iclasda iştirak edib.
İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və digər məsələləri müzakirə ediblər.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçılar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlar.




  Yayım tarixi :20 Noyabr 2019   17:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .