XƏBƏR
09:58

  Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar və regiondakı tərəfdaşlara təqdim etməyə hazırdırlar.

Agyol.az ın məlumatına görə, bunu jurnalistlərə Rusiya XİN rəhbərinin müavini İqor Morqulov deyib.

İ.Morqulov bildirib: "Biz demək olar ki, bu günlərdə bizim çinli dostlarımızla yenilənmiş versiyanı razılaşdırdıq. Biz bu yenilənmiş planın versiyasını bütün tərəfdaşlar arasında yaymağı planlaşdırırıq. Söhbət planın layihəsindən gedir".

XİN rəhbərinin müavini qeyd edib ki, plan hazırda Moskvada səfərdə olan Koreya Xalq Demokratik Respublikasının XİN rəhbərinin birinci müavininə təqdim ediləcək.




  Yayım tarixi :20 Noyabr 2019   09:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .