XƏBƏR
17:32

  Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.

Agyol.az ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb.

S. Babayevin sözlərinə görə, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə, 30 faiz və ya 29,8 milyon manat çoxdur. 

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.




  Yayım tarixi :19 Noyabr 2019   17:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .