XƏBƏR
16:18

  İki ildən çoxdur ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova qarşı çirkin kampaniya aparılır.

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Bu "qara PR" kampaniyasının arxasında duran qüvvələrdən birincisi FETÖ-dür. Bu barədə düşüncələrimi hər fürsətdə dilə gətirmişəm. Dəfələrlə qeyd etmişəm ki, Fətullah Gülənin müridləri Azərbaycandakı mövqelərini, siyasi təsir güclərini, maliyyə rıçaqlarını itirmələrində Əli Həsənovun yüksək ranqlı məmur kimi oynadığı ciddi rolu öz aləmlərində ona bağışlamadıqları üçün ən müxtəlif adamlardan və üsullardan istifadə edərək prezidentin köməkçisini hədəfə alırlar. Çirkli pullarla həyata keçiriən bu layihədə PA-nın sabiq şöbə müdiri Elnur Aslanova yaxın olmuş, hazırda da media sektorunda təsirli olan və öz təsir dairəsini genişlətməyə çalışan bir sıra şəxslərdən, reket jurnalistlərdən, evi olduğu üçün Jurnalist Binalarından ev ala bilməyən mənzil narazılarından, Fətullah Güləni "xəstə dünyanın təbibi" adlandıran Qulu Məhərrəmlilərdən, Azərbaycan ordusunda xidmət etməkdən yayınmış Bəxtiyar Hacıyev kimi fərarilərdən, Natiq Ədilovun timsalında İranla FETÖ arasında haça-paça qalmış psevdo-dindar müxaliflərdən, o cümlədən Aslan İsmayılov kod adlı Allahverdi sayaq dövlət və millət heysiyyatı olmayan şantajçılardan, satqın və xain ermənipərəstlərdən istifadə edirlər. 4 gün əvvəl başlarını nəhayət koldan çıxardılar. Əli Həsənovdan nurçuların əsas təbliğat və maliyyə qaynaqlarından olan məşhur "Samanyolu" kanalının milliləşdirilməsinin, həmin "kanalın imamı" Hüseyn Dinləməz adlı FETÖ müridinin Azərbaycandan çıxarılmasının qisasını almaq istədiklərini açıq yazdılar. Yazmaqla kifayətlənməyib, bunu video şəklində Youtubda da yaydılar və Allahverdinin səhifəsindən paylaşdılar. Bəli, Əli Həsənova qarşı bütün ənənəvi və sistemdənkənar müxalif qrupların total şəkildə apardığı kampaniyanın bircə səbəbi var- prezidentin köməkçisinin öz liderinə sadiq olması, onun tapşırıqlarını yüksək səviyyədə və səhvsiz icra etməsi, dövlət başçısnın milli maraqları qorumağa yönəlmiş prinsipial siyasətinin cəmiyyət tərəfindən tam mənimsənilməsi üçün medianı uğurla səfərbər etməsi. O adamlar ki, Mehman Əliyev sayaq Azərbaycan dövlətinin və prezidentinin media ilə yüksək əlaqələrinin pozulması üçün Əli Həsənovu qaralamağa çalışırdılar, onların da hansı masada, kimin yanında oturduqlarını gördük. O qrant oğrularının hər biri Əli İnsanovun korrupsioner və nifrət dolu zehniyyətinin payçılarıdırlar. Amma anlamadıqları bir şey var: düz əyrini həmişə kəsir!!!




  Yayım tarixi :19 Noyabr 2019   16:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .