XƏBƏR
14:22

  Cəfər Cabbarlı həftəsi keçiriləcək

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycan Respublikasının Prezidenti 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı Həftəsi" keçiriləcək. Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb və həmin tamaşaların "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

23-30 noyabr 2019-cu il tarixində həftə çərçivəsində nümayiş olunacaq tamaşalar :

23 NOYABR

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

C.Cabbarlı “Aydın”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

25 NOYABR

Gəncə Dövlət Dram Teatrı

C.Cabbarlı “Dönüş”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

26 NOYABR

Sumqayıt Dövlət Dram Teatrı

C.Cabbarlı “Solğun çiçəklər”

(Akademik Musiqili Teatr, saat 19:00)

27 NOYABR

Lənkəran Dövlət Dram Teatrı

C.Cabbarlı “Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

28 NOYABR

Şəki Dövlət Dram Teatrı

C.Cabbarlı “Sevil”

(Akademik Rus Dram Teatrı, saat 19:00)

29 NOYABR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

C.Cabbarlı “Oqtay Eloğlu”

(Gənc Tamaşaçılar Teatrı, saat 19:00)

30 NOYABR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

C.Cabbarlı “Yaşar”

(Akademik Milli Dram Teatrı, saat 19:00)




  Yayım tarixi :19 Noyabr 2019   14:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .