XƏBƏR
12:53

  Milli Məclisin komitələrinin birgə iclası keçirilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi, Elm və təhsil komitəsi, Səhiyyə komitəsi, Mədəniyyət və Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirilib.

Agyol.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub, təkliflər dinlənilib.

İclası giriş sözü ilə açan Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 2020-ci il üçün müzakirə olunan büdcə layihəsinin mütərəqqiliyndən danışıb və onun əhalinin maddi rifah halının yüksəldilməsinə yönəldiyini vurğulayıb.

Müzakirələrdə Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Məlahət İbrahimqızı, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva iştirak ediblər.




  Yayım tarixi :19 Noyabr 2019   12:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .