XƏBƏR
11:58

  Ankara və İstanbul arasında yeni sürət qatarı işləyəcək

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Ankara və İstanbul arasında yeni sürət qatarları xəttə buraxılacaq. Agyol.az ın məlumatına görə, bunu Türkiyənin Milli Dəmir Yol Şirkətinin (TCDD) başçısı Kamuran Yazıcı deyib. Onun sözlərinə görə, sürət qatarının sürətinin saatda 300 kilometr olacağı gözlənilir.

K.Yazıcı qeyd edib ki, yeni qatarlar Almaniyanın "Siemens" şirkətindən alınıb və bu il noyabrın 22-də Türkiyəyə gətiriləcək.

Şirkət rəhbəri qeyd edib ki, Ankara və İstanbul arasında bu qatarların istismarına artıq gələn il fevralın 1-dən başlanılacaq.

Yeni qatarların ümumi dəyərinin 312 milyon avro olduğu deyilir.




  Yayım tarixi :19 Noyabr 2019   11:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .