XƏBƏR
11:06

  "Baku Fashion Expo Midseason 2019" – “Azərbaycanın moda yaradıcıları” foto layihəsi nə ilə yadda qaldı?

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

15, 16 və 17 noyabrda Bakıda Baku Fashion Expo moda layihəsinin ikinci mövsümü keçirildi. Tədbir hər il moda, dizayn və gözəlliyə biganə olmayan yaradıcı insanların ozünüifadə platfotmasina xidmət edir.

Bu il layihə əsasən istedadlı fotoqraf Pənah Mehtinin “Azərbaycan modasının yaradıcıları” adlı sərgisi ilə yadda qaldı. Müvəqqəti ekspozisiya eksklyuziv olaraq Baku Business Center zalında təqdim edildi. Öz fotoişlərində Pənah moda nümunələrinin yaradıcı prosesini – ideya və eskizlərin yaranmasından tutmuş onların həyata keçirilməsinə qədər olan prosesi əks etdirdi.

Tədbir qonaqları üçün modanın kulisarxası ilə tanış olmağa, şou-rumları ziyarət etmək və bəyəndikləri libasları elə podiumdan əldə etmək imkanı yaradıldı. Moda sahəsinin öndəgedən professionalları bütün istəyənlərə pulsuz master-klass keçirdilər. Proqramın yekunu olaraq moda haqqındakı filmə baxış keçirildi.




  Yayım tarixi :19 Noyabr 2019   11:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .