XƏBƏR
10:46

  Netanyahu Trampa təşəkkür etdi

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Agyol.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb.

Telefon əlaqəsi ABŞ dövlət katibi Mark Pompeonun İordan çayının Qərb sahillində İsrail yaşayış məntəqələri barədə açıqlamasından sonra baş tutub.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Barak Obama administrasiyasının verdiyi açıqlamadan imtina edir.

Xatırladaq ki, demokratların hakimiyyəti dövründə eks-prezident Barak Obama İsrailin İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə həyata keçirdiyi məskunlaşma siyasətini beynəlxalq hüquqa zidd adlandırmışdı.

“Hökumət rəhbəri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. O, Trampa təşəkkür edərək tarixi səhvi düzəltdiyini, kiminsə sadə həqiqəti deməli olduğunu, Holan yüksəkliklərini İsrail ərazisi kimi qəbul edərək, səfirliyi Qüdsə köçürdüyünə görə minnətdarlığını ərz edib”, - hökumət rəhbərinin “Twitter” səhifəsində yazılıb. 

Xatırladaq ki, İsrail yaşayış məntəqələri İordan çayının Qərb sahilində 1967-ci ildə baş vermiş altı günlük müharibədən sonra salınmağa başlayıb. 




  Yayım tarixi :19 Noyabr 2019   10:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .