XƏBƏR
10:34

  AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 19-a çatıb

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
AVRO-2020-yə vəsiqə qazanan daha iki milli komandanın adına aydınlıq gəlib.
Agyol.az xəbər verir ki, D qrupunda iki xoşbəxt komanda İsveçrə və Danimarka milliləri olub.
İsveçrə səfərdə Cəbəlüttariqi 6:1 hesabı ilə darmadağın edib. Danimarka isə Dublin səfərində İrlandiya ilə 1:1 oynayaraq bu nəticəyə nail olub. Bununla da İsveçrə 17 xalla qrup lideri, Danimarka isə 16 xalla ikinci kimi AVRO-2020-yə vəsiqə qazanıb.
Sabah (Bakı vaxtı ilə təxminən 01:50) isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə qazanan son qalibin adına aydınlıq gələcək. Millimizin yer aldığı E qrupunda ikinci yerə vəsiqəyə üç namizəd var. Bunlar Macarıstan, Uels və Slovakiya yığmalarıdır.
Qeyd edək ki, indiyədək 19 komanda Avro-2020-yə vəsiqə qazanıb. Bunlar İngiltərə, Çexiya, Portuqaliya, Ukrayna, Hollandiya, Almaniya, İsveçrə, Danimarka, Xorvatiya, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya yığmalarıdır.




  Yayım tarixi :19 Noyabr 2019   10:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .