XƏBƏR
11:00

  Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu

Gündəm

Xəbər lenti

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts yenidən dünyanın ən zəngin adamı olub.

Agyol.az ın məlumatına görə, “Microsoft” şirkəti Pentaqonla 10 milyard dollar məbləğində müqavilə imzaladıqdan sonra B.Geytsin varidatı artıb.

“Bloomberg” agentliyi Bill Geytsin varidatının 110 milyard dollar həcmində dəyərlənidirib.

109 milyard varidatı olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos siyahıda ikinci yerə düşüb.

İlk üçlüyü “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Benua Arno qapayır. Onun 103 milyard dollar sərvətinin olduğu deyilir.




  Yayım tarixi :18 Noyabr 2019   11:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .