XƏBƏR
15:51

  Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Agyol.az xəbər verir ki, Təbrikdə deyilir: "Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm".




  Yayım tarixi :16 Noyabr 2019   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .