Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün indiyə qədər 499 müşahidəçi qeydə alınıb.
Agyol.az ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
  Yayım tarixi :16 Noyabr 2019   15:30
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=43102