XƏBƏR
14:46

  Azərbaycan idmançısı Türkiyədə keçirilən beynəlxalq ağır atletika turnirinin qalib olub

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Azərbaycan idmançısı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən və ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr edilən beynəlxalq turnirin qalibi olub.

Agyol.az ın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası xəbər verir ki, “Tokio 2020” Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakteri daşıyan turnirdə B.Kostova (59 kq) toplam 219 kiloqram (95+124) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb.

İyirmidən çox ölkədən 80-ə yaxın atletin çıxış etdiyi beynəlxalq turnirdə ölkəmizi Azərbaycan yığmasının üzvləri Səbinə Əzimova (55 kiloqram), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) təmsil edirlər.

Səbinə Əzimova 55 kiloqram çəki dərəcəsində toplam 173 kiloqram (75+98) nəticə ilə dördüncü yeri tutub.




  Yayım tarixi :16 Noyabr 2019   14:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .