XƏBƏR
09:48

  Sumqayıtda keçirilən kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 15-də Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib.

Agyol.az ın məlumatına görə, fərdi çoxnövçülükdə kişilər arasında "kiçik" yaş kateqoriyasında (2012 təvəllüd) Emil Cəbrayılov (43.598 xal) birinci, Adil Qasımov (42.864 xal) ikinci, Nəsif Məmmədli (42.798 xal) üçüncü yerdə qərarlaşıblar. Emil Cəbrayılov və Nəsif Məmmədli Sumqayıt şəhərini, Adil Qasımov isə "Ocaq Sport" idman klubunun təmsil ediblər.

Fərdi çoxnövçülükdə kişilər arasında "balacalar" kateqoriyasında (2010-2011 təvəllüd) birinci yeri İbrahim Aydınlı (45.598 bal), İskəndər Cavadzadə (45.232 xal) ikinci, Hüseyn Əliyev üçüncü yeri (45.232 xal) tutublar. İ.Aydınlı "Ojag Sport" idman klubunu, İ.Cavadzadə və H.Əliyev - Bakı gimnastika məktəbini təmsil ediblər.

Qadınlar arasında fərdi çoxnövçülükdə "balacalar" kateqoriyasında (2011-2012 təvəllüd) Nuryana Əliyeva podiumun birinci pilləsinə qalxıb (37.899 xal), Ləman Məmmədzadə ikinci yeri (37.099 xal), üçüncü yeri isə Sona Hüseynli (36.932 xal) tutublar. Hər üç gimnast "Ojag Sport" idman klubunun yetişdirmələridir.

Fərdi çoxnövçülükdə kişilər arasında "uşaqlar" kateqoriyasında (2008-2009 təvəllüd) ən yaxşı nəticəni Turan Səlimov (44.598 xal) göstərib, ikinci yerdə Maqomed Rüstəmzadə (44.332 xal), üçüncü yerdə Kiril Minakovski (43.665 xal) qərarlaşıblar. Hər üç idmançı Bakı Gimnastika Məktəbinin təmsil ediblər.

Qadınlar arasında fərdi çoxnövçülükdə "uşaqlar" kateqoriyasında (2009-2010 təvəllüd) Dəniz Əliyeva birinci yeri (40.198 xal), ikinci yeri Nəzrin Hümbatova (39.465 bal), üçüncü yeri Lalə Zamanlı (38.032 xal) tutublar. Hər üç gimnast "Ojag Sport" idman klubunu təmsil ediblər.

Fərdi çoxnövçülükdə kişilər arasında "yeniyetmələr" kateqoriyasında (2006-2007 təvəllüd) birinci yeri Nihat Muradli (43.965 xal), ikinci yeri Riad Səfərov (43.831 xal), üçüncü yeri Fərhad Shepelev (42.030 bal) tutublar. Gimnastlar Bakı gimnastika məktəbinin yetişdirmələridir.

Fərdi çoxnövçülükdə qadınlar arasında "yeniyetmələr" kateqoriyasında (2007-2008 təvəllüd) Nazənin Teymurova (39.832 xal) podiumun birinci pilləsinə qalxıb, Məryəm Musaeva (37.666 xal) ikinci, Duygu Məcidzadə (36.231 xal) üçüncü yerə layiq görülüblər. Hər üç gimnast "Ojag Sport" idman klubunu təmsil ediblər.

Fərdi çoxnövçülükdə kişilər arasında "gənclər" kateqoriyasında (2002-2005 təvəllüd) Səməd Məmmədli birinci yeri (75.365 xal), Rəsul Əhmədzadə (ikinci yer) (70.530 bal), Aydın Əlizadə (üçüncü yer) (69.298 bal) qazanıblar. İdmançılar Bakı Gimnastika Məktəbini təmsil ediblər.

Fərdi çoxnövçülükdə qadınlar arasında "gənclər" kateqoriyasında (2004-2006 təvəllüd) ən yaxşı nəticəni "Ojag Sport" idman klubunun yetişdirməsi Milana Minakovskaya (46.099 xal), ikinci yeri isə Bakı Gimnastika Məktəbinin nümayəndəsi Nuray Nurməmmədli (41.632 xal) tutublar.

Fərdi çoxnövçülükdə kişilər arasında "böyüklər" kateqoriyasında (2001 və yuxarı təvəllüd) birinci yeri İvan Tixonov (74,798 xal), ikinci yeri Murad Ağarzayev (74.164 xal), üçüncü yeri Sərvər Əliyev (70.199 xal) tutublar. Hər üç gimnast "Ojag Sport" idman klubunu təmsil ediblər.




  Yayım tarixi :16 Noyabr 2019   09:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .