XƏBƏR
16:41

  İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

Agyol.az xəbər verir ki, bu barədə Xalq artisti məlumat verib.

Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:

“Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm.

60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 18-də  Bilal Əliyevin 60 yaşı tamam olacaq.  




  Yayım tarixi :15 Noyabr 2019   16:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .