XƏBƏR
16:35

  Bolqarıstanın baş nazirinin təyyarəsi qəzaya uğrayacaqdı...

Gündəm

Xəbər lenti

Bolqarıstanın baş naziri Boyko Borisovun olduğu təyyarə Sofiya hava limanında qəza enişi edib.

Agyol.az ın məlumatına görə, insident naviqasiya sistemindəki qüsurdan qaynaqlanıb.

Təyyarə hava limanına yaxınlaşarkən naviqasiya sistemi tamamilə sıradan çıxıb. Pilotlar sistemi təkrar işə sala bilmədikləri üçün idarəetməni adi rejimə keçirib.

Eniş uğurla başa çatıb, xəsarət alan olmayıb.

Təyyarədə baş nazirlə yanaşı digər hökumət nümayəndələri də olub.




  Yayım tarixi :15 Noyabr 2019   16:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .