XƏBƏR
15:18

  Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB (ÖZƏL)

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.
Agyol.az xəbər verir ki, bu barədə özəl olaraq “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:
"Dağlıq ərazilərdə istilik sistemləri noyabrın 1-dən işə salınıb. Bu gün səhər saatlarından isə Bakı və digər ətraf ərazilərdə prosesə start verilib. Artıq indiki saata qədər Bakının 30 faizindəki bina və obyektlər istilik sistemi ilə təmin olunub. Digər qazanxanalarda isə tənzimləmələr aparılır. Günün sonuna kimi paytaxtda bütün binalara istilik veriləcək".
R.Əliyev bildirib ki, bütün ərazilərə eyni vaxtda istilik vermək olmur: "Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən-birə yüksək istiliyi alaq. Məsələn, bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır".




  Yayım tarixi :15 Noyabr 2019   15:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .