XƏBƏR
14:01

  “Tədbir ölkəmizdə dinlərarası anlaşmaya öz töhfəsini verəcək”

Gündəm

Xəbər lenti

Bu gün Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Agyol.az xəbər verir ki, Baş Nazirin müavini, Sammitin Təşkilat Komitəsinin sədri Əli Əhmədov dini liderlərin bir araya gəlməsinin heç də asan olmadığını bildirib. “Lakin Azərbaycanda formalaşmış tolerantlıq mühiti ölkəmizi elə bir məkana çevirib ki, burada fərqli dinlərin nümayəndələrinin bir araya gəlməsi mümkün olub”, - deyə o əlavə edib.

Əli Əhmədov bildirib ki, iki gün ərzində Sammitdə çox dəyərli fikirlər səsləndirildi: “Prezident İlham Əliyevin tədbirdəki nitqi kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Müasir cəmiyyətimizi düşündürən elə məsələlər var ki, bu məsələlər yalnız dialoq yolu ilə həll oluna bilər. Dini zəmində baş verən problemlərin həllində dini liderlərin üzərinə böyük vəzifələr düşür. Dini rəhbərlərin mənəvi nüfuzu bu baxımdan ən əsas resurslardan biridir. Müasir dünyada dini rəhbərlərin cəmiyyətdə birləşdirici rolunun artırılmasına ehtiyac var”.

Sammitin böyük uğurla başa çatdığını vurğulayan Baş Nazirin müavini əmin olduğunu bildirib ki, tədbir ölkəmizdə dinlərarası anlaşmaya öz töhfəsini verəcək.




  Yayım tarixi :15 Noyabr 2019   14:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .