XƏBƏR
11:31

  Putindən terror xəbərdarlığı: “Bütün ölkələr təhlükədədir”

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Agyol.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı Zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Suriyada və dünyada terrorla mübarizədən danışıb.

Putin bildirib ki, Suriyada terrorla mübarizədən sonra bu ölkənin ərazisinin 90 faizi silahlı terror qruplaşmalarından təmizlənib:

“Bütün ölkələr təhlükədədir, buna görə səylərimizi birləşdirməliyik. Rusiya Dəməşqdəki qanuni hökumətə dəstək istiqamətində aktiv hərəkətlərə başladıqdan sonra ölkənin 90 faizi terrorçulardan azad olundu. Bu ərazilər artıq Suriya qanuni hökumətinin nəzarəti altındadır, biz istədiyimizə müvəffəq olduq”. 

Eyni zamanda, Rusiya başçısı ABŞ-ın da Suriyadakı terrorizmlə mübarizəyə dəstəyini qeyd edib.

Bundan əlavə, o, Rusiyanın Suriyaya gəlməsindən əvvəl beynəlxaq koalisiyanın “yerində saydığını” deyib.




  Yayım tarixi :15 Noyabr 2019   11:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .