XƏBƏR
11:28

  “28 May” metrostansiyası yaxınlığında nəqliyyat sıxlığı aradan qaldırılıb - BNA

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb.

Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agnetliyindən (BNA) verilən məlumata görə, əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.




  Yayım tarixi :15 Noyabr 2019   11:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .