XƏBƏR
11:27

  Daxili İşlər nazirindən generalın yerinə – TƏYİNAT

Gündəm

Xəbər lenti

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

 

Agyol.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 

Əmrə əsasən, Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov vəzifəsindən azad edilib.

Nazirin digər əmrinə əsasən, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisi təyin edilib.

 

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.




  Yayım tarixi :15 Noyabr 2019   11:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .