XƏBƏR
10:26

  Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək

Gündəm

Xəbər lenti
Dünya dini liderlərinin II Bakı Sammiti çox yüksək səviyyədə təşkil olunub və inanıram ki, bu tədbir müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək.
Agyol.az xəbər verir ki, bu sözləri Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edən Bratislava Arxiyepiskopu Stanislav Zvolenski jurnalistlərə müsahibəsində deyib.
Stanislav Zvolenski bildirib ki, Azərbaycan dinlərarası dialoq sahəsində belə mötəbər tədbirlərin keçirilməsi baxımından nümunəvi ölkədir. Çünki burada müxtəlif xalqların, dinlərin nümayəndələri arasında multikultural və tolerant mühit mövcuddur.
O, Dünya dini liderlərinin II Sammiti kimi qlobal miqyaslı dinlərarası dialoq tədbirində iştirak etməkdən məmnun olduğunu qeyd edib.




  Yayım tarixi :15 Noyabr 2019   10:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .