XƏBƏR
10:21

  İstanbulda “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təqdimetmə mərasimi keçirilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

İstanbulda “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.

Agyol.az xəbər verir ki, tədbir Türkiyənin “BHS Qrup” şirkətinin və İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində çıxış edənlər tədbirin iki qardaş ölkə arasındakı birlik və bərabərliyin bir daha dünyaya göstərilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Bu il üçüncü dəfə keçirilən mərasimdə hər iki ölkənin incəsənət, siyasət, media, idman, səhiyyə və ictimaiyyət nümayəndələri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.




  Yayım tarixi :15 Noyabr 2019   10:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .