XƏBƏR
22:09

  Almaniyadan 12 Azərbaycan vətəndaşı deportasiya edilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Son iki gündə Almaniyadan 12 Azərbaycan vətəndaşı deportasiya edilib.

Daha öncə sosial şəbəkələrə belə informasiya qeyd olunmuşdu. Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır. Bundan əlavə Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmovda deportasiya edilib.

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər.

Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.




  Yayım tarixi :14 Noyabr 2019   22:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .