XƏBƏR
21:56

  Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Dini Liderlərinin II sammitində iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdü.

Agyol.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, Migel Anxel Moratinos ilk öncə “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalı ilə təltif olunması münasibətilə təşəkkürünü bildirdi. O, Dünya Dini Liderlərinin II sammitinin uğurlu təşkilinə görə Azərbaycan hökumətini təbrik etdi.

Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırdı. Təmsil etdiyi qurumun terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsini qeyd edən M. A.Moratinos, bu istiqamətdə Azərbaycan təcrübəsinin vacib olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirdi və Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayaraq Azərbaycanın bu xüsusda qurumla əməkdaşlığa hazır olduğunu bildirdi.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.




  Yayım tarixi :14 Noyabr 2019   21:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .