XƏBƏR
17:28

  Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmnunluğunu bildirdi.

Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Türkiyənin bu tədbirdə geniş tərkibdə təmsil olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti Sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.




  Yayım tarixi :14 Noyabr 2019   17:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .