XƏBƏR
11:06

  Sürücülər diqqət: Vaxt bitdi

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Qaydaları pozanlar 150 manat cərimələnəcəklər.
Agyol.az ın məlumatına görə, 2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə dövlət komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.Artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.
Bakı şəhər Dövlət Polis İdarəsinin İctimai Qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yalnız avtomaşınların arxa alın şüşəsinə vurulan pərdə və görüntünü məhdudlaşdıran vasitələrə icazə veriləcək. Bundan başqa bəzi avtomaşınların arxa tərəfində yük hissəsinin şüşələrinə jalüz və görüntünü məhdudlaşdıran vasitələrin vurulmasına da icazə verilir:
“Noyabr ayının 15-indən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Artıq o gündən etibarən həmin sürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq. Xatırladım ki, yol hərəkatı qaydasının maddəsinə əsasən həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək”.




  Yayım tarixi :14 Noyabr 2019   11:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .