XƏBƏR
11:04

  Bu ölkədə iş yerində YATMAQ olar - ölkələrin QƏRİBƏ ADƏTLƏRİ

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Hər bir ölkənin öz adət-ənənəsi və mədəniyyəti var.Müxtəlif ölkələrin qəribə və maraqlı ənənələrilə tanış edir.Hindistanda evlənmək istəyən insanlar gələcək həyat yoldaşlarını qəzetlərdə, saytlarda elan və reklamlar yerləşdirməklə axtarır."Burada nə var ki? Bizimkilər də bunu edir" deməyə tələsməyin. Hindistanda bu elanları adətən valideynlər öz övladları üçün yerləşdirir.Yeni ZelandiyaYeni Zelandiyada ticarət mərkəzlərində, marketlərdə və hətta küçələrdə ayaqyalın gəzmək normaldır. Görün, yolları nə qədər təmizdir ki, insanlar ayaqqabısız gəzməyə adət edib.Bundan başqa, Yeni Zelandiyada "Mars" şokoladlarını qızardıb yeyirlər.FinlandiyaFinlandiyada bir-birini tanımayan insanlar 80-100 dərəcə istiliyi olan saunalarda tamamilə çılpaq oturaraq bir-birlərinə yapışırlar. Hətta "kim daha çox dözəcək" deyə yarışaranlar da olur.Latın AmerikasıLatın Amerikasında oğrulardan qorunmaq üçün evin ətrafındakı divarlara sınmış şüşə qırıntılarını düzürlər. Ucuz və effektiv bir metoddur.AlmaniyaAlmaniyada spirtli içki istifadəsinə qanuni olaraq yaş həddi qoyulub.AvstraliyaAvstraliyada quş hücumlarından qorunmaq üçün motosiklet və velosiped dəbilqələrinə və hətta adi papaqlara kabellər, yalançı gözlər, plastik qandallar və s.yapışdırmaq normal hesab olunur.MoldovaMoldovada saat 22.00-dan sonra spirtli içki satışı qadağandır, lakin burada şərab spirtli içki sayılmadığı üçün istənilən vaxt onu almaq mümkündür.İngiltərəİngiltərədə restoranlarda stəkan və ya boşqab qırıldıqda, bütün restoran bu hadisəni alqışlarla qarşılayır.Ölkənin qəribəliyi bununla bitmir. Buradakı vanna otaqlarında isti və soyuq su üçün iki ayrı krant olur.SlovakiyaSlovakiyada Milad ərəfəsində oğlanlar küçələrdə qızların üstünə su tökür, nazik çubuqlarla vururlar.NorveçNorveçdə yağış və ya qar yağarkən uşağı yatızdırmaq üçün küçəyə çıxartmaq normaldır.İslandiyaİslandiyada insanların soyadı yoxdur. Burada soyad əvəzinə atalarının adının sonuna "son" (oğlu) və ya "dottir" (qızı) əlavə edilir. Bundan əlavə, insanlar övladlarının adlarını yalnız təsdiqlənmiş siyahıdan seçə bilər.YaponiyaYaponiyada insanların iş yerində yatması normaldır və hətta təşviq olunur. Çünki bu, işçinin çox işlədiyini göstərən amil kimi qəbul olunur.Yaponiyada adətən küçələrin adı olmur, küçələr rəqəmlə bildirilir.Cənubi KoreyaCənubi Koreyada yeni il ilə birlikdə hər kəs avtomatik olaraq bir yaş böyümüş hesab olunur.Bundan əlavə, yeni doğulmuş uşaqlar ilk yaşlarını ana bətnində keçirdikləri üçün dünyaya gəldikləri zaman 1 yaşında hesab olunurlar.Yəni dekabr ayının son günlərində dünyaya gələn bir körpə cəmi bir neçə gün öncə doğulmasına baxmayaraq, artıq 2 yaşında hesab olunur.Koreyalılar eyni zamanda bütün dünyanın qəbul etdiyi sistemdən də istifadə etdikləri üçün bu ölkədə hər kəsin yaşı 2 cürdür.




  Yayım tarixi :14 Noyabr 2019   11:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .