XƏBƏR
10:35

  Bu gün deputatlar Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisin plenar iclası davam etdiriləcək.

Agyol.az xəbər verir ki, deputatlar iclasda Vergi Məcəlləsinə təklif edilən bir çox dəyişiklikləri müzakirə edəcəklər.

Milli Məclisin 3 gün - 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, “Sosial müavinətlər haqqında” qanun layihələri, o cümlədən Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxildir.

Qeyd edək ki, ötən iki gün ərzində 2020-ci ilin dövlət büdcəsi və digər bir sıra məsələlər birinci oxunuşda təsdiq olunub. Bu gün iclasda əsasən Vergi Məcəlləsi müzakirə olunacaq.




  Yayım tarixi :14 Noyabr 2019   10:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .