XƏBƏR
15:43

  Azərbaycan Çində ticarət evi açacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycan Çində ticarət evinin yaradılması barədə razılıq əldə edib.

Agyol.az ın məlumatına görə, razılaşma ikinci Çin beynəlxalq idxal sərgisi zamanı əldə olunub.

Sərgi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə Veynan iqtisadi və texnoloji inkişaf zonası və “Xian Camel Guest e-Commerce Co.Ltd” şirkəti arasında Şensi əyalətinin Veynan şəhərində ticarət evinin yaradılması barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan başqa, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Çinin Ticarət Nazirliyi nəzdində Ticarətin İnkişafı Bürosu və Şanxayın Xarici İnvestisiyaların İnkişaf Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Sərgi zamanı 26 Azərbaycan şirkətinin məhsulları təqdim olunub.




  Yayım tarixi :13 Noyabr 2019   15:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .