XƏBƏR
11:45

  Qazaxıstan saytında Azərbaycanda keçirilən nar festivalından bəhs edilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin saytında Azərbaycanda keçirilən nar festivalından bəhs edilir.

Agyol.az xəbər verir ki, yazıda nar bayramı haqqında məlumat verilir, bayram çərçivəsində müxtəlif növ nar və nardan hazırlanan məhsulların sərgiləndiiyi bildirilir. Qeyd olunur ki, ənənəvi olaraq festival oktyabrın son günləri - noyabrın əvvəllərində narın ən çox yetişdirildiyi Göyçay rayonunda məhsul yığımının bitməsi ilə bağlı keçirilir. Bu rayonda narın bütün növlərinin becərildiyi və ən böyük nar nümunələrinin məhz burada yetişdirildiyi barədə məlumat verilir.

Yazının müəllifi, həmçinin bildirir ki, nar Azərbaycanın rəmzlərindən biridir, bu ölkədə ona xüsusi əhəmiyyət verilir. Nardan yalnız qida məhsulu kimi istifadə olunmur, o, həm də müalicəvi əhəmiyyətə malikdir.




  Yayım tarixi :13 Noyabr 2019   11:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .