Azərbaycanlı hakimə UEFA-dan təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.Agyol.az ın məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.
Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.
  Yayım tarixi :13 Noyabr 2019   10:38
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=42864