XƏBƏR
12:01

  Ərdoğanın Trampla müzakirə edəcəyi məsələlər açıqlanıb

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

Agyol.az xəbər verir ki, səfər çərçivəsində Ərdoğan çərşənbə günü amerikalı həmkarı Donald Trampla görüşəcək. Hər iki lider əsasən Suriya problemini müzakirə edəcək.

Bundan başqa, “F-35”, “S-400” gərginlikləri, FETÖ ilə mübarizə və “Halkbank” məsələsi liderlərin gündəmində olacaq.

Həmçinin, ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması məsələsi haqqında da fikir mübadiləsi aparılacaq.

ABŞ Nümayəndələr Palatasının Türkiyəyə qarşı qəbul etdiyi qərarların da müzakirəsi planlaşdırılır. Ərdoğan sözdə erməni soyqırımı və Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyalar barədə Ankaranın narahatlığını Trampa bildirəcək.




  Yayım tarixi :12 Noyabr 2019   12:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .