XƏBƏR
11:50

  Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.
Agyol.az ın məlumatına görə, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb.
F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançıların sayı 7-yə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək "Tokio 2020"yə lisenziya əldə etmişdilər.




  Yayım tarixi :12 Noyabr 2019   11:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .