XƏBƏR
11:39

  “Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin borc mübahisələri qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək.

Agyol.az ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşündə deyib.

O qeyd edib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək. Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək.

R.Əliyevin sözlərinə görə, sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək.

Baş direktor onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. “Azəriqaz” İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.




  Yayım tarixi :12 Noyabr 2019   11:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .