XƏBƏR
12:58

  Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib

Gündəm

Xəbər lenti

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Agyol.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşdığı videoda bildirib.

Xarici İşlər naziri təbrikində deyib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.”

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.




  Yayım tarixi :09 Noyabr 2019   12:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .