XƏBƏR
11:53

  “Facebook” istifadəçilərin kimliyinin təsdiqi üçün sifətin tanınması sistemini sınaqdan keçirir

Gündəm

Xəbər lenti
"Facebook" mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Agyol.az ın məlumatına görə, bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda sifətin tanınması sisteminə istinad tapıb.Vonqun sözlərinə görə, sözügedən sistem "Apple Face ID" ilə oxşardır, lakin "Facebook" sifətin şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. "Facebook"dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq."Facebook"un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər.




  Yayım tarixi :09 Noyabr 2019   11:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .