XƏBƏR
17:09

  Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".




  Yayım tarixi :08 Noyabr 2019   17:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .