XƏBƏR
11:56

  Kosmik hava durumu açıqlanıb

Gündəm

Xəbər lenti

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Agyol.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 450 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir (Kp=2, 3).

Noyabrın 9-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır. Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.




  Yayım tarixi :08 Noyabr 2019   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .